18 iyul 2025-ci il tarixində, saat 11:00-da "Soveks" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1."Soveks" ASC-nin 2024-cü il üzrə illik hesabatının müzakirəsi;
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərin müzakirəsi.
Qeyd: Gündəlik üzrə əlavə məlumatları Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında yerləşən ofisdə, həftənin bazar ertəsi – cümə günləri saat 14:00-dan 18:00-dək hüquqşünasa müraciət etməklə əldə edə bilərsiniz.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması zəruridir.
Əlaqə telefonu: (055) 409-38-19