2025-ci ilin yanvar-dekabr aylarında "SOCAR Polymer" MMC xaricə 255,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, əvvəlki ilin 12 ayı ilə müqayisədə 18 milyon ABŞ dolları və ya 7,6% çoxdur.
2024-cü ilin yanvar-dekabr aylarında şirkətin ixracatı 237,6 milyon ABŞ dolları təşkil etmişdi.











