20 noyabr 2024-cü il tarixində, saat 11:00-da "Şirvan Xidmət" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasında (Şirvan şəhəri M.Ə.Rəsulzadə 2) baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib.
1. İllik maliyyə hesabatının təsdiq edilməsi.
2. Digər məsələlər.
Ümumi yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi vacibdir.
Tel: 051 802 75 15.
Qeyd edək ki, ASC 4 sentyabr 1997-ci ildə dövlət qeydiyyatına alınıb və 214 min 492 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi İsayev Kamil Dədəqardaş oğludur.