Ötən ilin son ayında «Silk Vey Holdinq» MMC-yə daxil olan «Silk Vey East Aviaşirkəti» MMC təsisçilərinin ümumi yığıncağının qərarına əsasən nizamnamə kapitalını azaldığını elan etmişdi.
Eləcə də bax: SOCAR-ın müəssisəsi kapitalından 7 milyon manatı - Geri Götürüb
FED.az Banker.az-a istinadən xəbər verir ki, aviaşirkətin nizamnamə kapitalının nə qədər azaldığı məlum olub.
Məlumata görə, «Silk Vey East Aviaşirkəti» MMC nizamnamə kapitalının 99.8 faizini geri çəkməklə, kapitalını 100 manata salıb.
Şirkət 2016-cı ildə yaradılıb və Binə qəsəbəsindəki Heydər Əliyev Beynəlxalq Aeroportu, ev 599, Karqo Terminal-2 -də dövlət qeydiyyatındadır. Şirkətə Zaur Axondov direktorluq edir.