Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 may 2023-cü il tarixli 164 nömrəli Qərarına əsasən 30 iyun iş gününün istirahət günü ilə yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq "Səba" ASC-nin Direktorlar Şurasının qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq "Səba" ASC-nin səhmdarlarının növbəti Ümumi yığıncağının vaxtı dəyişdirilərək 03 iyul 2023-cü il saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə cəmiyyətin İdarə Heyətinin təklifinə və Direktorlar Şurasının qərarına əsasən əlavə məsələ daxil edilmişdir.
Yığıncağın gündəliyində olan məsələlər aşağıda qeyd olunmuşdur:
- "Səba" ASC-nin 2022-ci il üzrə illik (maliyyə) hesabatları barədə.
- "Səba"ASC-yə kredit xəttinin açılması üçün banka müraciət edilməsi.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar Ümumi yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş məsələ (və ya məsələlər) üzrə müvafiq sənədlərlə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında tanış olmaq hüququna malikdirlər.
Ümumi yığıncağın keçiriləcəyi ünvan: AZ 0100, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1, "Səba"ASC-nin baş ofisi. Gündəliklə əlaqədar münasibət bildirilməsi üçün əlaqə telefonu: (+994 55) 254-07-27. İdarə Heyəti