"Bildiyiniz kimi, Azərbaycanda mikro və kiçik sahibkarlıq üzrə dövriyyə limiti 30 milyon manat müəyyən edilib. Halbuki, əvvəllər bu limit 200 min manata qədər idi".
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
"Köhnə qanun ötən əsrin 90-cı illərində qəbul olunmuşdu, 2018-ci ildə isə yeni qanun qəbul edilib. Bundan isə 2 il keçib və əvvəlki duruma baxanda təkmilləşməyə ehtiyacımız var. Həm keçirilən sorğular, həm də dövlətdən gələn tələblər bunu tələb edir. Bu il bu məsələ həm agentlik, həm İqtisadiyyat Nazirliyi, həm də dövlət səviyyəsində müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, sahibkarlıq növləri üçün müəyyən edilmiş dövriyyə limitləri dəyişməlidir", - o qeyd edib. (Report)