“Sahibkarların problemləri həll olunmur, qalırlar icra orqanları ilə məhkəmə orqanları arasında. Top kimi oradan-ora vururlar. Pandemiyanın şərtləri nəticəsində ağır vəziyyətə düşüblər”.
Bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi 105 milyon manatı - KEÇİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanunun müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.
Millət vəkili qeyd edib ki, sahibkarlardan heç biri öz problemlərini həll edə bilmir: “Biz Milli Məclisdə sahibkarlığın inkişafında dəstək, kiçik və orta biznesə dəstək haqqında qanunları qəbul edirik. Bunların heç biri həyatda icra olunmur. Bunu bilmək lazımdır. Yəni, burada kiməsə yaxın sahibkarın çevrəsi varsa, onun problemi həll olunur. Adamların heç birinin məsələsi həll olunmur. Kiçik sahibkarların, ümumiyyətlə, sahibkarların çoxsaylı müraciətləri var. Ombudsmana yüzlərlə müraciət olur. Ombudsman da onu sənədləşdirir, göndərir. Lakin problem öz həllini tapmır. O baxımdan biz Ombudsmana səlahiyyət veririksə, daha ciddi, konkret addımlar atılması istiqamətində normativ hüquqlar verməliyik ki, o nəyisə tələb edə bilsin”.
F.Mustafa əlavə edib ki, bu, Ombudsmanın nüfuzuna da təsir edəcək: “Vətəndaşın şikayətləri, Ombudsmana müraciətləri həll olunmayanda bu, Ombudsmana da inamsızlıq yaradır. Son dövrlərdə millət vəkili olaraq bir çox nazirliklərə etdiyim müraciətlər həll olunmur. Heç olmasa, Ombudsman tərəfindən ölkə Prezidentinə müraciət edilə bilsin”.
Deputat qeyd edib ki, artıq bir çox nazirliklərə müraciət etmir: "Müraciət etməyin xeyri yoxdur. Kimisə də tənqid edəndə deyirlər ki, yəqin şəxsi xahişi olub, onu yerinə yetirməmişik".