10 iyun 2024-cü il saat 15:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC (VÖEN:1300143511) səhmdarların illik ümumi yığıncağını keçirir.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Tbilisi prospekti, 147, İnzibati bina, 2-ci mərtəbə ünvanında baş tutacaq.
Səhmdarların Ümumi Yığıncağı zamanı gündəliyə çıxarılacaq məsələlər:
1. Cəmiyyətin 2023-cü il üzrə "İllik hesabat"ının, mənfəət və xərc hesabatının təsdiq edilməsi;
2. 2024-cü ildə görüləcək işlərin və digər məsələlərin müzakirəsi.