Bu tədbirin keçirilməsi əsasən reklam sektorunda biznes mühitinin yaxşılaşdırılması və bu sahədə yaranan problemlərin həllidir.
Azərbaycanda KOB-lara reklam məsələsində imtiyaz və güzəştlərin verilməsi təklif olunur
FED.az xəbər verir ki, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Reklam bazarında yeniliklər və çağırışçılar” mövzusunda keçirilən müzakirələrdə bildirib.
Onun sözlərinə görə, reklam bazarının inkişafı marketinq fəaliyyətindən də asılıdır.
“Həmçinin reklam sektoruna müvafiq qanunvericilik və dövlət siyasəti də təsir edir. Dövlət Reklam Agentliyi tərəfindən sözügedən sahənin inkişafı məqsədilə daim innovativ addımlar atılıb. KOBİA- tərəfindən də bu istiqamətdə bir sıra təkliflər verilib, çoxsaylı görüşlər təşkil edilib”, - deyə O.Məmmədov vurğulayıb.
Tədbirdə reklam sahəsində çalısan 70-dək sahibkar iştirak edir. (Azərtac)