Bu gün "REANDA Azerbaijan" MMC komandası olaraq Bakı Slavyan Universiteti tələbələri ilə görüş keçirilib.
FED.AZ xəbər verir ki, görüş çərçivəsində şirkətin fəaliyyəti, təqdim etdiyi audit və konsaltinq xidmətləri, həmçinin HRM və maliyyə savadlılığı istiqamətində əsas yanaşmalar barədə ətraflı məlumat təqdim olunub. Audit prosesinin mahiyyəti, praktik tətbiqlər və karyera imkanları ilə bağlı maarifləndirici müzakirələr aparıldı.
Tədbir interaktiv formatda davam etdi — tələbələrin ünvanladıqları suallar ətraflı şəkildə cavablandırıldı və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib. HRM mövzusu üzrə təşkil olunan qısa intellektual oyun isə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Oyunun qaliblərinə şirkətimizə məxsus xüsusi hədiyyələr təqdim olundu.
Bildirilib ki, gənclərlə bilik və təcrübə paylaşımı REANDA Azerbaijan LLC üçün xüsusi əhəmiyyət daşıyır və gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır.
Xatırladaq ki, "Reanda International Network Limited" brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.












