Azərbaycanda fəaliyyyətini uğurla davam etdirən beynəlxalq audit şəbəkəsinə daxil olan Reanda Azərbaycan şirkəti ("Reanda International Network Limited"in tam üzvü) yeni ofisə köçüb.
FED.AZ xəbər verir ki, artıq bu gündən etibarən şirkət fəaliyyətini Bakı şəhəri, Qurban Abbasov küçəsi 29 ünvanında yerləşən Bayıl Plaza Biznes Mərkəzində davam etdirəcək.
Qeyd edək ki, “Reanda Azərbaycan” MMC Azərbaycanın audit bazarında beynalxalq brend olaraq fəaliyyət göstərir. Şirkət beynəlxalq statuslu oldğuna görə müştəri portfoliosu çox zəngindir. Bura banklar, maliyyə institutları, xidmət, inşaat, nəqliyyat sahəsi, BOKT-lar və digər müəssisə və təşkilatlar daxildir.
Reanda International Network Limited" brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.




!["Reanda Azərbaycan" audit şirkətinin ofisi – [red]YENİ ÜNVANDA[/red] | FED.az](upload/news/small/616615.jpeg)
!["Reanda Azərbaycan" audit şirkətinin ofisi – [red]YENİ ÜNVANDA[/red] | FED.az](upload/news/small/1871914.jpeg)








