Bu gün tanınımış beynəlxalq audit şirkəti olan "Reanda Azerbaijan" MMC ilə Bakı Mühəndislik Universiteti arasında görüş keçirilib.
FED.AZ xəbər verir ki, görüşün əsas məqsədi tərəflər arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi, tələbələrin karyera inkişafına dəstək göstərilməsi və onların peşəkar bacarıqlarının artırılmasına yönəlmiş birgə fəaliyyətlərin planlaşdırılması olub.
Müzakirələr çərçivəsində, həmçinin yüksək potensiala malik tələbələrin şirkətimizdə güzəştli şərtlərlə müəyyən müddətli təcrübə proqramlarında iştirak imkanları barədə geniş fikir mübadiləsi aparılmışdır. Görüş qarşılıqlı maraq və müsbət əməkdaşlıq ruhunda keçmiş, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratmışdır.










