İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində “ANC Group” MMC-nin fəaliyyətində istehlakçı hüquqlarının pozulması faktı aşkarlanıb.
“Apar Ride”in şərtləri qanunla toqquşdu - PROTOKOL TƏRTİB EDİLDİ
FED.az xəbər verir ki, belə ki, şirkətə məxsus “Rahat Market” supermarketlər şəbəkəsində qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha qiymətə satılması halları qeydə alınıb. Bu isə istehlakçıların malın hesabına dair az miqdarda aldadılması kimi qiymətləndirilib.
Müvafiq araşdırma əsasında 30.06.2025-ci il tarixində inzibati xəta protokolu tərtib olunub və şirkət barəsində tədbir görülüb. Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin birinci bəndinə və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən qiymətləndirilib.
Qeyd edək ki, bu artıq “ANC GROUP” MMC-nin eyni səbəbdən dördüncü dəfə cərimələnməsidir. Təkrarlanan pozuntular, xüsusilə də eyni marketlər şəbəkəsində baş verməsi istehlakçılar arasında ciddi narahatlıq yaradıb. Dövlət Xidməti bu kimi halların qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.