30 iyun 2025-ci il tarixində saat 11:00-da "Qaradağ" Açıq Səhmdar Cəmiyyətində səhmdarların illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında ASC-nin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü ilin yekunu üzrə təftiş komissiyası hesabatının təsdiq edilməsi haqqında.
2. 2024-cü ilin mühasibat balansı və illik hesabatının təsdiq edilməsi haqqında.
3. 2024-cü ilin mənfəət və zərər hesabatının təsdiq edilməsi, zərərin bölüşdürülməsi haqqında.
4. Müşahidə şurasının Sədrinin, üzvlərinin seçilməsi və onların səlahiyyət müddətlərinin təsdiq edilməsi haqqında.
5. Təftiş komissiyasının Sədrinin, üzvlərinin seçilməsi və onların səlahiyyət müddətlərinin təsdiq edilməsi haqqında.
Yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün səhmdarlar bildirişdə göstərilən ünvana müraciət edə bilər-lər. Müraciət olunduğu halda həmin materiallarla tanış olmaq üçün onlara lazımi şəraitin yaradılması təmin ediləcək-dir.
İllik ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 330-58-98