"Oğuz Drilling" MMC nizamnamə kapitalını kəskin azaldır.
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalının dəyərinin azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən edildiyini elan edir.
Buna qədərki nizamnamə kapitalı isə 1 milyon manat idi.
Xatırladaq ki, “Oğuz Drilling” MMC 21 may 2015-ci ildə yaradılıb və qanuni təmsilçisi Famil Xələfov Nadir oğludur.