"NORM" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 1400972921) (bundan sonra – Cəmiyyət) səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası 15 yanvar 2024-cü il tarixdə saat 11:00-da keçiriləcək
FED.az xəbər verir ki, yığıncaq AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin nizamnamə kapitalının əlavə səhmlərin buraxılması yolu ilə artırılması;
2. Səhm buraxılışının şərtlərinin müəyyən edilməsi;
3. Cəmiyyətin nizamnamə kapitalında səhmdarların malik olduğu səhmlərin miqdarının müəyyən edilməsi;
4. Cəmiyyətin Nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi;
5. Cəmiyyətin Baş İcraçı Direktoru cənab Sasse Henning Ernst Wilhelm-in əmək müqaviləsi müddətinin uzadılması;
6. Səhm buraxılışının müvafiq dövlət qurumlarında qeydiyyata alınması;
7. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.
Xatırladaq ki, "Norm" ASC 04.05.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 161 962 595 manatdır. Qanuni təmsilçsi Henning Ernst Wilhelm Sassedir.