"Naxçıvan üçün tətbiq olunacaq güzəştlər Türkiyədən investisiya axınını daha da sürətləndirəcək".
Hökumət Naxçıvanı «TaxFree» zonaya çevirir – BÜTÜN VERGİLƏR LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov bildirirb.
O qeyd edib ki, Türkiyədə keçirilən ümumi iqtisadi forumlar Azərbaycan–Türkiyə əməkdaşlığının güclənməsi baxımından mühüm rol oynayır:
“Türkiyədə keçirilən ümumi iqtisadi forumun çox böyük əhəmiyyəti var. Bildiyiniz kimi, bu ilin mart ayında biz Birinci Azərbaycan–Türkiyə İqtisadi Forumunda iştirak etmişdik. Nəzərə alsaq ki, gələn ildən Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan güzəştlər – xüsusilə təşviqlər, gömrük, vergi və digər imtiyazlar tətbiq olunacaq, bu, Naxçıvanı Türkiyənin sərhəd bölgələrindən olan iş adamları üçün daha da cəlbedici edəcək”.
Vitse-prezident forumun sabit şəkildə keçirilməsinin önəmini vurğulayıb:
“Düşünürəm ki, ikinci dəfə keçirilən bu forumun davamlı xarakter alması çox vacibdir. Həm Türkiyə, həm Azərbaycan, həm də Naxçıvan tərəfindən olan sahibkarların iştirakı böyük önəm daşıyır. Qarabağda keçiriləcək növbəti forumda Azərbaycanın müxtəlif bölgələrindən sahibkarların daha geniş iştirak edəcəyi gözlənilir. Eyni zamanda Naxçıvanlı sahibkarlar da həmin tədbirdə fəal təmsil olunacaqlar”.
Vüqar Abbasov deyib ki, mövcud platformalar biznes əlaqələrinin genişlənməsinə real imkan yaradır:
“Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının bir qolu kimi Naxçıvan Sahibkarlar Konfederasiyası da sahibkarlar üçün geniş fürsətlər təmin edir. Belə forumlarda iştirak bu əməkdaşlığın davamlı və məqsədli şəkildə inkişafına mühüm töhfə verir”. (Naxcivanxeberleri)











