"Nestle" Rusiya bazarını tərk etməkdən imtina edib.
Eləcə də bax: "Nestle" məhsulları bahalaşacaq - İnflyasiya və Gəlirlilik Xəbərdarlığı
FED.az xəbər verir ki, "Mən Nestle şirkətinin baş direktoru Mark Şnayderlə şirkətin Rusiyadakı qeyri-etik işi ilə bağlı danışdım. Təəssüf ki, mən onu razı sala bilmədim", - Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
"Nestle" hazır qəhvə, mineral su, şokolad, dondurma, bulyonlar, süd məhsulları, uşaq qidaları, ev heyvanları üçün qidalar, əczaçılıq və kosmetika məhsulları istehsal edir. Əsas brendlər KitKat, Maggi, Nescafe, Nesquik, Nestea-dır.
"Bizim vəzifəmiz qan üzərində biznes quran bütün məhsulların beynəlxalq boykotuna başlamaqdır" - Denis Şmıqal əlavə edib. (Marja)