NEQSOL Holding-in iki departamentinə yeni rəhbərlər təyin edilib.
Eləcə də bax: “Bank VTB (Azərbaycan)”da daha bir departament rəhbəri - Təyin Edilib
FED.az Banker.az-a istinadən xəbər verir ki, Nərminə Qardaşxanova holdinqin Korporativ İdarəetmə və Komplayns departamentinin rəhbəri təyin edilib. O, bu vəzifənin icrasına, 1 oktyabr tarixindən start verəcək.
N.Qardaşxanova 2016-cı ildə NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna qoşulub. Belə ki, 2016-cı ilin avqustunda NEQSOL Holding-in tərkibinə daxil olan, Böyük Britaniyada qeydə alınmış və müxtəlif ölkələrdə fəaliyyət göstərən Nobel Oil Services şirkətlər qrupunun Etika və Komplayns üzrə Baş inzibatçı vəzifəsinə təyin edilmiş, 2019-cu ilin iyul ayında isə NEQSOL Holding-in Korporativ İdarəetmə və Komplayns meneceri vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, daha öncə o, Bahar Enerji Əməliyyat Şirkətində Komplayns üzrə Direktor və Daxili Auditor vəzifələrində, Schlumberger şirkətində müxtəlif vəzifələrdə çalışıb.
Leyla Şahingöz NEQSOL Holding-in Hüquq departamentinə rəhbər təyin edilmiş və o, vəzifəsinin icrasına 1 oktyabr tarixindən başlamışdır. O, əmək fəaliyyətinə 2011-ci ildə holdinqə daxil olan Nobel Oil Services şirkətlər qrupunda başlayıb.
L.Şahingöz bakalavr dərəcəsini Dövlət İdarəçilik Akademiyasında və magistr dərəcəsini University of California, Berkeley Universitetində Hüquq ixtisası üzrə bitirib. Həmçinin o, ADA Universitetində və Maastricht School of Business-in birgə təqdim etdiyi Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsinə yiyələnib.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.