NEQSOL Holding menecerlərini daha da inkişaf etdirməyə və liderlik bacarıqlarının təkmilləşməsinə dəstək göstərmək üçün Liderlik Səyahəti proqramına başlayıb.
FED.az xəbər verir ki, holdinqin rəqabət qabiliyyətini dəstəkləmək və daha böyük uğur əldə etmək məqsədi daşıyan proqram üç moduldan ibarətdir və hibrid formatda həyata keçirilir: əyani təlimlər, qrup kouçinq və tanınmış CrossKnowledge platformasından onlayn öyrənmə. Proqram iştirakçıları NEQSOL Academy platforması vasitəsilə onlayn öyrənmə ekspertlərinin eksklüziv materiallarından faydalana bilərlər. Holdinqin 155 meneceri Liderlik Səyahəti Proqramında iştirak edirlər.
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib: “NEQSOL Holding-in liderləri müxtəlif bizneslərimiz və mədəniyyətlərimiz arasında əlaqələrin inkişafı üçün birlikdə çalışırlar. Əminik ki, bizim Liderlik Səyahəti proqramımız holdinq daxilində uyğunlaşma və sinerjini daha da gücləndirməyə imkan verəcək”.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.