1 avqust 2025-ci il tarixində "Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə İsayev İsa Bünyad oğlu təyin olunub.
FED.az xəbər verir ki, yeni təyinat şirkətin İdarə Heyətinin müvafiq qərarına əsasən həyata keçirilib.
Qeyd edək ki, "Naxtel" MMC-nin əvvəlki direktoru Namazov Rəşad Fuad oğlu digər layihələrdə fəaliyyətini davam etdirmək məqsədilə vəzifəsindən ayrılıb.