İyunun 23-də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Daha bir şirkət səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
FED,az xəbər verir ki, şirkətin inzibati binasında - Bakı şəhəri, Nərimanov rayonu Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında keçiriləcək iclasda aşağıdakı məsələlər müzakirə olunacaq:
1. Cəmiyyətin 2022-ci il üçün illik hesabatlarının və yekun mühasibat balansının təsdiq edilməsi
2. Mənfəətin istifadəsinə dair
3. Cəmiyyətin tabeliyində Məhdud Məsuliyyətli Cəmiyyətin – MMC-nin yaradılmasına və onun faəliyyətinin təmin olunması.