“MSDİS Holding” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.
Məlumata əsasən, “MSDİS Holding” MMC-nin vergi borcu 15 milyon 924 min107.16 manatdır.Bu 1 gün əvvəlki tarixə olan məlumatdır.
Qeyd edək ki, "MSDS Holding" 10 iyun 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
“MSDIS Holding” inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”, “MS Asfalt” və “MS Karyer” sahələridir.
31 dekabr 2022-ci il vəziyyətinə görə şirkətin iki səhmdarı var. Nizmanamə kapitalındakı payın 40%-i Sultanov Zamin Arif oğluna, 60% isə Nağıyev Mirfəyyaz Oqtay oğluna məxsusdur.