"MKT İstehsalat Kommersiya Firması" 2023-cü ilin yanvar-iyul ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 2-ci yeri tutub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir .
Belə ki, MKT İstehsalat Kommersiya Firması 2023-cü ilin 7 ayı ərzində 57,3 milyon dollarlıq mal ixrac edib. Şirkətin ixracının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 31,1 milyon dollar və ya 35,1% azalıb.
Şirkət, 2022-ci ilin 7 ayında 88,4 milyon dollarlıq ixraca nail olmuşdu.