2023-cü ilin yanvar-sentyabr aylarında "MKT İstehsalat Komersiya" MMC 66,2 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən, "MKT İstehsalat Komersiya" MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 2-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 29,6 milyon dollar 30,9% azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 9ayı ərzində "MKT İstehsalat Komersiya" MMC 95,8 milyon dollar dəyərində məhsul ixrac edib.