Məşhur "Mercedes-Benz" markasının sahibi “Daimler” şirkəti işçilərinə koronavirus pandemiyası ilə əlaqədar çəkdikləri xərcləri ödəmək üçün Almaniyadakı işçilərinə 1 000 avro əlavə mükafat verəcək.
FED.az xəbər verir ki, bunu “Reuters”ə şirkətin idarə heyətinin üzvü Vilfried Port məlumat verib.
Agentliyin verdiyi məlumata görə, mükafat xüsusən də işçilərin infeksiyadan qorumaq üçün xərclədiyi vəsaiti qarşılamaq üçün verilir. Min avro şirkətin təxminən 160 min əməkdaşına şamil olunacaq.