Vaxtilə Azərbaycanın aparıcı quşçuluq müəssisələrindən olan “Mərdəkan Broyler” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 11 may 2023-cü il saat 11.00-da Bakı şəhəri, Ağa Nemətulla küçəsi 48 nömrəli ünvanda – “MONTINN” hotelində keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələ müzakirə edilə-cək:
1. Cəmiyyətin seçkili orqanlarının yenidən formalaşdı¬rılması.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə əlaqədar sənədlərlə hər həftənin iş günləri, saat 13.00-dək +994503252717 nömrəli telefonla əlaqə saxlayıb tanış ola bilərlər.