"Mənim şirkətimi, zavodumu dağıdıb talan etdilər. Amma mən əminəm ki, möhtərəm Prezidentimizin, dövlətimizin də dəstəyilə qısa zamanda əvvəlkindən də daha yaxşısını qurub yaradacağam. Mən buna söz verirəm. Kollektivim ilə birlikdə Kəlbəcərdə qurub yaradacağım işləri görəcəksiniz".
Eləcə də bax: Azərbaycanda ömürlük həbsdən azad edilən məşhur iş adamı - VİDEO
FED.az xəbər verir ki, bunu 22 il sonra əfv sərəncamla azadlığa çıxan Şəmsi Səmədoğlu (Şəmsi Səmədzadə) bildirib.
O, "ən həbs olunanda şirkətimin 2700 nəfər işçisi var idi", - deyib.
İş adamı "Səmədoğlu Atatürk" şirkətinə rəhbərlik edib.
Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.
Ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub.Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb. (Marja)