"Medsol" MMC VÖEN: 1502350481) nizamnamə kapitalını kəskin artırır.
FED.az xəbər verir ki, MMC-nin təsisçisinin qərarına əsasən, müəssisənin nizamnamə kapıtalı artırılaraq 17 975 215,00 azn təşkil edir.
Qeyd edək ki, “Medsol” MMC 2013-cü ildə yaradılıb, ötən ilin göstəricilərinə görə nizamnamə kapitalı 100 AZN təşkil edib. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Abbas Səhhət, ev 2F, m. 0 ünvanında yerləşir.