Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 mlrd. manat təşkil edir ki, bu kreditlərin 80%-ə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir.
Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artığı - TƏLƏB OLUNMAYACAQ
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu” mövzusunda ictimai müzakirədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.
O qeyd edib, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Bu rəqəm ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin böyük olduğunun göstəricisidir. Biznesin yaradılmasında maliyyə əlçatanlığı mühüm amillərdəndir. Hazırda Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 mlrd. manat təşkil edir ki, bu kreditlərin 80%-ə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması sahibkarların maliyyə əlçatanlığı üçün ən yaxşı alətlərdən biridir. Bu alətlər haqqında sahibkarların məlumatlılığını artırmaq, həmçinin mexanizmin gələcəkdə təkmilləşdirilməsinə ehtiyac vardır.