KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin təqribən 30%-i ticarət sahəsində fəaliyyət göstərən sahibkarların payına düşür.
KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib
FED.az xəbər verir ki bu barədə KOBİA-nın təşkilatçılığı ilə "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda Azərbaycan Ticarət Forumunda KOBİA idarə heyətinin sədri Orxan Məmmədov öz çıxışında bildirib.
"Sektor həmçinin, KOB-lar üzrə məşğulluğun təmin edilməsində 16,7%-lik rəqəmə malik olmaqla əhəmiyyətli rol oynayır. Kəmiyyət göstəricisinə gəldikdə, fəaliyyətdə olan KOB subyektlərinin demək olar ki, üçdən bir hissəsi ticarət və onunla əlaqəli sektorda çalışır.
Yeni KOB meyarlarının tətbiq edildiyi 2018-ci ildən ötən dövrdə sözügedən sahədə olan KOB-ların sayında dinamik yüksəliş müşahidə edilmişdir. Belə ki, 2018-2022-ci illərdə burada KOB-ların sayı 60%-dən çox artmışdır"- deyə sədr qeyd edib.