"İvanovka Aqropark" Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirir.
İclas 12 sentyabr 2025-ci il tarixində, saat 15:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən “Aqroservis” ASC-nin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə çıxarılan əsas məsələ “İvanovka Aqropark” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsidir.
Bununla yanaşı, iclasda digər məsələlərin də müzakirəsi nəzərdə tutulub.
Elanla bağlı əlaqələndirici şəxs Ramin Əlifovdur.
Əlaqə telefonu: (050) 730 33 55.