"İmprotex Group"a daxil olan "İmprotex Aqrotexservis" MMC ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "İmprotex Aqrotexservis" 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manatdır. Qanuni təmsilçisi Elman İsmayılov Umud oğludur.