2024-cü ilin yekununda "Holcim-Azərbaycan" ASC-nin bölüşdürülməmiş mənfəəti 114 milyon 578 min manata çatıb.
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Bu, 2023-cü ilin sonu ilə müqayisədə 6 milyon 622 min manat və ya 6,1% artım deməkdir. Mənfəətin artması şirkətin il ərzində əldə etdiyi ümumi gəlirin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə bağlıdır. Belə ki, 2024-cü ildə şirkətin cəmi ümumi gəliri 19 milyon 544 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 6 milyon 622 min manat və ya 51,2% çoxdur.
Xatırladaq ki, 2023-cü ilin sonunda şirkətin bölüşdürülməmiş mənfəəti 107 milyon 956 min manat, il ərzindəki ümumi gəliri isə 12 milyon 922 min manat olmuşdu.
Hesabat ilində "Holcim-Azərbaycan" ASC səhmdarlarına 12 milyon 922 min manat dividend ödəyib.
Bu, 2023-cü illə müqayisədə 6 milyon 309 min manat və ya 95,4% çoxdur.
2023-cü ildə şirkət səhmdarlarına 6 milyon 613 min manat dividend ödəmişdi.