2024-ü il iyun ayının 21-də saat 11:00-da "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Göygöl şəhəri, ş. Əliyev pr. 2 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-ü il üzrə maliyyə hesabatının dinlənilməsi.
Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla həftənin bazar ertəsi - cümə günləri saat 14:00-dan 18:00-dək Göygöl Şərab Zavodu" Açıq Səhmdar Cəmiyyətinin mühasibatlığında tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədlə) iştirakı vacibdir.