24 may 2024-cü il tarixdə saat 11:00-da "Göyəzən" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın keçirilməsi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 136 ünvanında ASK Arena idman kompleksində nəzərdə tutulub.
Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
- "Göyəzən" ASC-nin fəaliyyətinə dair illik maliyyə hesabatının dinlənilməsi.
Gündəliyə daxil edilmiş məsələlərə dair sənədlərlə tanış olmaq üçün həftənin I-V günləri saat 10:00-dan 13:00-dək 050-556-24-16 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.