Tükiyənin kuryer şirkəti "Getir" 1 milyard dollar sərmayə cəlb etmək üçün yeni maliyyələşdirmə mərhələsinə başlayıb.
Eləcə də bax: "Trendyol" yeni sərmayə cəlb etdi, dəyəri -16,5 Milyard Dollar Oldu
FED.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət yeni investisiya turunda 12 milyard dollar dəyərə çatmağı hədəfləyir.
"Bloomberg"ə danışan bir mənbəyə görə, keçən il 7,7 milyard dollar dəyər qazanan "Getir", xaricdəki böyüməsini maliyyələşdirmək üçün 1 milyard dollardan çox investisiya cəlb etməyi hədəfləyir.
Əvvəlki investisiya turunda "Getir" "Tiger Global", "Sequoia Capital" və "Mubadala Investment Co" kimi şirkətlərdən investisiya cəlb etmişdi.
Əgər hədəfinə çatarsa, "Trendyol"dan sonra Türkiyənin ən dəyərli startapı olacaq
Keçən il bir çox investordan 1,1 milyard dollar investisiya cəlb edən şirkət, çatdırılma sahəsində ən dəyərli şirkətlərdən birinə çevrilib. "Getir"in ABŞ-dakı rəqibi "GoPuff" 15 milyard dollarlıq bir dəyərə çatıb.
Hədəf etdiyi qiymətə çatarsa, keçən il 16,5 milyard dollar dəyər qazanan "Trendyol"dan sonra Türkiyənin ikinci ən dəyərli startapı olacaq.
İngiltərə, Almaniya, Hollandiya, Fransa, İtaliya, İspaniya və Portuqaliyadan sonra "Getir" ABŞ-ın Çikaqo və Nyu York şəhərlərində fəaliyyətə başlayıb."Getir" Türkiyə, İspaniya və İngiltərədə də alışlar edib. Şirkət bu yaxınlarda ABŞ-ın Boston şəhərində fəaliyyətə başlayacağını açıqlayıb. (Marja)