Türkiyənin sürətli çatdırılma (kuryer) startapı “Getir rəqibi Almaniyanın “Gorillas” şirkətini 1,2 milyard dollara satın alıb.
Türkiyənin məşhur “Getir” şirkəti Azərbaycana gələ bilər - GÖRÜŞ
FED.az xəbər verir ki, "Financial Times" qəzetində verilən məlumatda, pandemiya dövründə startap maliyyələşdirməsində yaşanan "partlayışın" Avropanın iki böyük qalibi "Getir" və "Gorillas"ı bir araya gətirdiyi və 2 şirkətin 2020-ci ildən bəri vençur kapitalı fondlarından 3 milyard dollardan çox investisiya aldıqları bildirilib.
Tətbiq vasitəsilə market xidmətləri təklif edən bir çox startap şirkəti bağlansa da, "Getir", ABŞ-da yerləşən "Gopuff" və Almaniyada yerləşən "Flink" sənayenin əsas oyunçuları olaraq qalıb.
Razılaşmadan sonra "Gorilla"ın qurucularından olan Kağan Sümerin 2020-ci ildə şirkətdən ayrılacağı gözlənilir. (Marja)