"Gənclik" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 23 iyul 2021-ci il saat 12.00-da baş tutacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 151 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust 2021-ci il saat 00-dan səhər 6.00-dək uzadıldığına görə ümumi yığıncaq Zoom proqramı vasitəsilə online qaydada keçiriləcəkdir. Bununla əlaqədar ümumi yığıncağda iştirak üçün sizi “Ganjlik” online qrupa daxil etmək məqsədilə 22 iyul 2021-ci il saat 22.00-dək adınızı, soyadınızı və atanızın adını 050 398 0313 mobil telefon nömrəsinə Whatsapp vasitəsilə göndərməyiniz tələb olunur.
Gündəlikdəki məsələlər:
1. 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.
2. Cəmiyyətin 2019-cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi.
3. 2020-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.
4. Cəmiyyətin 2020-ci maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2020-ci il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi.
5. Təşkilati məsələ (müşahidə şurasının tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi).
6. Sair məsələlər.
Hörmətli səhmdarlar, 2021-ci il iyulun 23-də ümumi yığıncağda iştirak etməyinizi təsdiq üçün saat 11.00-dək şəxsiyyəti təsdiqləyən sənədin surətini 050 398 0313 mobil telefon nömrəsinə Whatsapp vasitəsilə göndərməyiniz tələb olunur və saat 11.30-dək (yəni iclasın başlanmağına 30 dəqiqə qalmış) Zoom proqramı ilə keçirilən ümumi yığıncağa qoşulmaq və yığıncağın müzakirəsində iştirak etmək üçün Whatsapp vasitəsilə “Ganjlik” online qrupa daxil olmaq və qrupun təşkilatçısı kimi ümumi yığıncağın adından paylaşdığımız linkə daxil olmalısınız.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanışlıq üçün 2021-ci il iyulun 12-dən sonra cəmiyyətin direktoruna müraciət edə bilərsiniz. Cəmiyyətə yalnız COVİD-19 pasportu (COVİD-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVİD-19-a qarşı immunitet sertifikatı (COVİD-19-dan sağalaraq immunitetə malik olan) şəxslər daxil ola bilərlər.
Səhmdarların iştirakı vacibdir.
Telefon - 465-84-90.