2025-ci il iyunun 20-də saat 12.00-da "Gənclik" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı “Zoom” proqramı vasitəsilə onlayn rejimdə keçiriləcəkdir.
FED.az xəbər verir ki, bununla əlaqədar ümumi yığıncaqda iştirak etmək üçün iştirakçıların“Ganjlik” onlayn qrupa daxil etmək məqsədilə 2025-ci il iyunun 19-u saat 22.00-dək adı, soyadıvə ata adının 050-398-03-13 mobil telefon nömrəsinə “Whatsapp” vasitəsilə göndərmələri tələb olunur.
Gündəlikdəki məsələlər:
1. 2024-cü ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı.
2. Sair məsələlər.
Səhmdarlardan 2025-ci il iyunun 20-də ümumi yığıncaqda iştirakınızı təsdiq etmək üçün saat 11.00-dək şəxsiyyəti təsdiqləyən sənədin surətini 050-398-03-13 nömrəli mobil telefon nömrəsinə “Whatsapp” vasitəsilə göndərmələri xahiş olunur və saat 11.30-dək (yəni iclasın başlanmasına 30 dəqiqə qalmış) “Zoom “ proqramı ilə keçirilən ümumi yığıncağa qoşulmaq və yığıncağın müzakirəsində iştirak etmək üçün “Whatsapp” vasitəsilə “Ganjlik” onlayn qrupa daxil olmaq və qrupun təşkilatçısı kimi “Ümumi yığıncağ”ın adından paylaşılmış linkə daxil olmaq lazımdır.
Ümumi yığıncağın gündəliyinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 5-dən sonra cəmiyyətin direktoruna müraciət etmək olar. Bütün səhmdarların iştirakı vacibdir.