Gəmiqaya Taxıl Məhsulları MMC (VÖEN: 0200539551) adını dəyişir.
FED.az xəbər verir ki, şirkətin yeni adının "Naxçıvan Taxıl Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğu elan edilir.
Qeyd edək ki, 300 manat nizamanmə kapitalına malik olan şirkət 22 fevral 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Şakir Tarverdiyev Nazim oğludur.
Hüquqi ünvanı Az7000, Naxçıvan şəhəri, N.Tusi ev 5-də yerləşir.