"Gəmiqaya" Taxıl Məhsulları MMC-nin direktoru Famil Seyidov vəzifəsindən azad edilib.
“Gəmiqaya Holding”in milyonluq şirkətində - DAHA BİR AYRILMA
FED.az xəbər verir ki, artıq bu vəzifəyə yeni təyinat da olub.
Belə ki, əvvəllər Naxçıvan Biznes Mərkəzinin direktoru vəzifəsində çalışmış Qardaşxan Əliyev buraya direktor təyin olunub.
Qeyd edək ki, Famil Seyidov daha əvvəl Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri olub. (Apa)