"Gəmiqaya Taxıl Məhsulları" MMC ayrılma şəklində yenidən təşkil olunur.
FED.az xəbər verir ki, Cəmiyyətin tərkibindən "Naxçıvan Toxumçuluq" MMC ayrılaraq yeni yaranır.
"Naxçıvan Toxumçuluq" MMC bölünmə balansına əsasən bəzi hüquq və vəzifələr üzrə "Gəmiqaya Taxıl Məhsulları" MMC-nin hüquq varisidir.
"Gəmiqaya Taxıl Məhsulları" MMC 22.02.2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 400 manatdır. Qanuni təmsilçisi Qardaşxan Əliyev Qənbər oğludur.
Hüquqi ünvanı Az7000 Naxçıvan şəhəri, N.Tusi ev 5-də yerləşir.