"Fərman Çay" markası ilə məhsullar istehsal edən "Lənkəran Çay-5" ASC-nin sahibləri dəyişir.
Eləcə də bax: Azər Vahabzadə iri qida şirkətinə rəhbər - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, bu barədə Şirkətin bildirişində qeyd olunub.
"Lənkəran Çay-5" ASC-nin təsisçilərininin dəyişdirilməsi, 2021-ci ilin yekun hesabatları və digər məsələlərlə bağlı 08.10.2022-ci il saat 09:30-da Təsisçilərin yığıncağı keçiriləcəkdir",- bildirişdə deyilir.
"Fərman Çay" Lənkəran Astara və Lerik plantasiyalarından, kənd təsərrüfatı elimləri doktoru, prof. Fərman Quliyevin rəhbərliyi ilə "Azərbaycan Çay Assosiasiyası" mütəxəssislərinin nəzarəti altında yetişdirilir. "Lənkəran Çay-5" ASC İyul-Avqust aylarında yığılmış çayları emal edir və qablaşdırır.
829 min 482 manat nizamnamə kapitalına malik olan "Lənkəran Çay-5" ASC Lənkəranın Haftoni qəsəbəsində fəaliyyət göstərir. (Marja)