Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsipləri ətraf mühitin qorunması, insan sağlamlığı və sosial inkişaf kimi vacib sivil elementləri əhatə etməklə yanaşı, müxtəlif aspektlərdən yerli biznes üçün çox əhəmiyyətlidir.
KOBİA: ESG üzrə Milli Standartı tətbiq edən şirkətlər daha ucuz kredit ala bilər
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən, "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.
O qeyd edib ki, sözügedən meyarlara riayət edilməsi müəssisənin rəqabət qabiliyyətini yüksəltməyə, ixrac potensialını artırmağa və xarici investisiyalar cəlb etməyə imkan verir: "Bu baxımdan, ESG prinsipləri ilə bağlı beynəlxalq səviyyədə inkişafdan və proseslərdən geri qalmaq, bir müddət sonra yerli bizneslər üçün qlobal dəyər zəncirinə inteqrasiya və ümumilikdə, iqtisadi inkişaf baxımından əhəmiyyətli risklər yarada bilər. Artıq dövlətin bu sahəyə diqqətini bir qədər də artırmasına ehtiyac yaranıb". (Report)