“Əli Bayramlı süni-dəri” ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Neftmaştəmir” ASC səhmdarlarının yığıncağı keçiriləcək
FED.az xəbər verir ki, yığıncaq 19 oktyabr 2021-ci il saat 10.00- da cəmiyyətin inzibati binasında Şirvan şəhəri, Neftçilər küçəsi 1 nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlər:
1. Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
2. Cəmiyyətin idarə heyəti sədrinin seçilməsi.
3. Cəmiyyətin daşınmaz əmlakının icarəyə verilməsi məsələsi.
4. Digər məsələlər.
Səhmdarlardan xahiş olunur ki, yığıncağın keçirilmə vaxtı karantin dövrünə düşəcəyi təqdirdə, məhdudiyyətlərə uyğun iclasda “ONLİNE” iştirak üçün əvvəlcədən müvafiq kod alaraq iştiraklarını təmin etsinlər.
Telefon- 050-200-40-41.