Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nda dəyişiklik edib.
Xarici ölkə vətəndaşları da ƏDV-ni geri alacaq - NƏLƏR DƏYİŞDİ?
Milli Məclisin deputatı Vüqar Bayramov sözügedən dəyişiklik ilə bağlı FED.az-a məlumat verib. Deputat Vüqar Bayramovun sözlərinə görə, bu dəyişikliklər iş adamlarının fəaliyyətini asanlaşdırmaqla yanaşı, ƏDV ödəyicisi olan və olmayan sahibkarların birgə fəaliyyətini də optimallaşdıracaq.
O, bildirib ki, "Nazirlər Kabinetinin son qaydaları Vergi Məcəlləsinə edilən dəyişiklikdən irəli gəlir. Nəzərə alsaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən bir tərəfdən sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, təşviq edilməsi, digər tərəfdən isə vergi intizamının genişləndirilməsini nəzərdə tutulur. Ümumiyyətlə ƏDV-nin depozit hesabı ilə bağlı və eyni zamanda ƏDV depozit hesabına köçürülmələrlə bağlı da qaydaların təkmilləşməsi müşahidə olunur.
Yeni qaydalar iş adamlarının fəaliyyətinin daha asanlaşdırılmasına və eyni zamanda xüsusən də ƏDV-li və ƏDV-siz yəni ƏDV ödəyicisi olan və ƏDV ödəyicisi olmayan sahibkarların birgə fəaliyyətlərinin optimallaşdırılmasına və asanlaşdırılmasına imkan verəcək.
Təbii ki, Burada Nazirlər Kabineti qaydaları təsdiq edir və həmin qaydalarda əsasən, daha çox texniki şərtlərdən, xüsusən də bir sıra sektorlar üzrə qəbzlərdə həm depozit hesabı ilə bağlı rekvizitlərin təqdim olunmaması, digər məlumatların təqdimatı tələbinin ləğv edilməsindən söhbət gedir. Bu, təbii ki, xüsüsəndə iş adamları üçün prosedurların asanlaşmasına gətirib çıxaracaq, onların gəlirlərinin artması və fəaliyyətlərinin stimullaşdırılması baxımından vacib hesab olunur.
Bu baxımdan təbii ki, qərar bütövlükdə Vergi Məcəlləsinə dəyişikliklərə uyğun olaraq qəbul edilməklə yanaşı, eyni zamanda, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə imkan verəcək. Burada təbii ki, məqsəd, eyni zamanda sahibkarların xərclərinin azaldılması və onların fəaliyyətinin genişləndirilməsinə nail olmasından ibarətdir. Bu təbii ki, yerli istehsalın stimullaşdırılması məqsədi daşıyır ki, idxaldan asılılığın aradan qaldırılması, yerli istehsalın stimullaşdırılması, istehlak bazarında qiymətlərin optimallaşdırılması məhz bu kontekstdən bütövlükdə qəbul edilən qərarın və eyni zamanda, Vergi Məcəlləsinə son dəyişikliklərin əsas istiqamətləridir.
"