26 avqust 2025-ci il tarixində saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, "City Point Baku" ünvanında baş tutacaq.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Cəmiyyətin 2025-ci il üzrə yarımillik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi;
2. Cəmiyyətin Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi;
3. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiq edilməsi;
4. Cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi;
5. Yeni korporativ sənədlərin qəbulu, mövcud korporativ sənədlərdə dəyişikliklər edilməsi və bununla bağlı məsələlər;
6. Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi ilə əlaqədar səlahiyyətli şəxsin və/və ya onun tərəfindən etibarnamə verilən şəxsin təyin edilməsi və müvafiq orqanlara/qurumlara müraciətlərin edilməsi.
Yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya +994506320201 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır.