"CPM-İnvest İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalını iki dəfə artırır.
FED.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 400.000 (dörd yüz min) manatdan 800.000 (səkkiz yüz min) manata artırıldığını elan edir.
Qeyd edək ki, "CPM-İnvest İnvestisiya Şirkəti" 27 yanvar 2021-ci ildə yaradılıb. Qanuni təmsilçisi Nəriman Hadıyev Sabir oğludur.