Amerikanın Colgate-Palmolive şirkəti gündəlik sağlamlıq və gigiyena məhsulları istisna olmaqla, Rusiyaya bütün malların idxalını dayandırıb. Bu barədə cümə günü şirkətin saytında dərc olunmuş məlumatda deyilir.
Eləcə də bax: İndiyə qədər Rusiyada fəaliyyətini dayandıran şirkətlərin - TAM SİYAHISI
FED.az xəbər verir ki, "Biz Rusiyaya əsas gündəlik sağlamlıq və gigiyena məhsulları istisna olmaqla, bütün malların ixracını və satışını dayandırmışıq", -şirkətin məlumatında bildirilir.
Şirkət Rusiyaya kapital qoyuluşlarından da imtina edib
Bu qərara səbəb Ukraynadakı hərbi əməliyyat olub. (Marja)